...

Azərbaycan HHQ-nin aviasiya vasitələri cəbhəboyu zona üzərində uçuşlar keçirir (VİDEO)

Siyasət Materials 15 İyul 2015 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopterləri cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru qoşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti