Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2015-ci il 29 may tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş məsuliyyətin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. avtovağzala (avtostansiyaya) pasportun verilməsinə görə həmin Qanunun 7.5-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumu məbləğinin müəyyən olunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. həmin Qanunun 7-1.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.5. avtonəqliyyat vasitələri üçün saxta və ya keyfiyyətsiz ehtiyat hissələr idxalının qarşısını almaq məqsədi ilə müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.6. həmin Qanunun 9.2-ci maddəsinə uyğun olaraq, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələrinin məcburi sertifikatlaşdırılmalı olan mallara aid edilməsi məqsədi ilə "Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarında müvafiq dəyişikliklər etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 9.2-ci, 14.1-1.1-ci, 14.1-1.4-cü və 21-1.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 7-1.5-ci, 9.3-cü, 15-1.1-ci, 15-1.2-ci (birinci cümlədə birinci halda), 15-1.3-cü (ikinci cümlədə birinci halda), 15-1.4-cü və 15-1.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 15-1.2-ci (birinci cümlədə ikinci halda), 15-1.3-cü (ikinci cümlədə ikinci halda) və 15-1.5-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 7-1.6-cı maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üç ay müddətində aşağıdakı standartları təkmilləşdirərək, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təklifləri əsasında "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 7-1.6-cı maddəsinin birinci cümləsində nəzərdə tutulmuş sahə standartlarını;

3.2. avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələrinə dair standartları.

4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu Fərmanın 3.1-ci bəndində və 5-ci hissəsində nəzərdə tutulmuş standartlar qüvvəyə mindiyi gündən üç ay müddətində avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarını (sahələrini) həmin standartlarla tanış etsin.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, habelə avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı və ekoloji yararlılığı üzrə kompleks işlər sahəsində mütəxəssislərin peşə standartlarını 2016-cı il yanvarın 1-dək təsdiq edərək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur (FOTO)
Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur (FOTO)
Loading Bars
Xəbər lenti
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb
"Atalanta" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri videokonfrans formatında keçiriləcək
Abşeronda ikimərtəbəli ev yanıb
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını belə dağıdıb (FOTO)
"SOCAR Construction" Mozır neft emalı zavodundan işlərin icrası barədə
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq
Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)
“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini edəcək
Sumqayıt Kimya Sənaye Parkında istehsal artıb
Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyacaq - Mikayıl Cabbarov
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN
Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib
Füzuli rayonunun Xələfşə kəndi (FOTO/VİDEO)
Polis ticarət obyektlərinə nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb (FOTO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Qarabağın mövcud imkanları ilə regionda yeni inkişaf zonası yaranacaq - Könül Nurullayeva
Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur (FOTO)
Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq
QHT-lərə elektron xidmətlərin göstərilməsi ilə bağlı fərmanda DƏYİŞİKLİK edildi
Azərbaycanda tikinti ilə bağlı yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadılır
Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin
Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub
Goranboyda silah-sursat tapılıb (FOTO)
Şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir - Cəlil Xəlilov
Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə
Qənirə Paşayeva 70 illik yubileyi münasibəti ilə Kamal Abdullanı təbrik edib (FOTO)
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin
ASCO şəhid olan əməkdaşların ailə üzvlərinə hər ay 250 manat ödəyəcək
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına hazırdır - Səfir (FOTO)
Azərbaycanda 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
ABŞ-ın sabiq vitse-prezidenti evsiz qalıb
Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı - Burhanəddin Duran
Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək
Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
Ermənistan da Türkiyə-Azərbaycan əməkdaşlığından istifadə edə bilər - Hikmət Hacıyev
“Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı anlaşmanın olması Transxəzər boru kəmərinin tikintisini yenidən gündəmə gətirir - AMEA
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır (FOTO)
Türkiyə ilə hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük - PA rəsmisi
Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır - Hikmət Hacıyev
Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur - Trend TV-nin REPORTAJI
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir - Hikmət Hacıyev
VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub (FOTO)
Ötən il “ASAN Login” istifadəçilərinin sayı 1 milyon 741 min nəfər olub (FOTO)
Ombudsman Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu
Karantin dövründə 1 milyon 270 mindən çox vətəndaşın fəaliyyətinə icazə verilib
Dövlət Turizm Agentliyi hotellərə XƏBƏRDARLIQ etdi
Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib (FOTO)
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Azərbaycan Prezidenti: Düşmən Şuşada bir neçə villa tikdirib, villanın biri o xunta başçısına, biri isə rüşvətxor məmura məxsusdur
Prezident İlham Əliyev: Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik
İranda gün ərzində 91 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu
Azərbaycan Prezidenti: Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim
Prezident İlham Əliyev Şuşanın bərpa olunması ilə bağlı tapşırıqlarını verib
Prezident İlham Əliyev: Bizə saxta tarix lazım deyil
Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib. Ağ yalandır!
Prezident İlham Əliyev: O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, Şuşanı satan birinci o olmuşdur
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi nə qədər öz xalqından gizlətsə də, Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib
Azərbaycan Prezidenti: Əgər ermənilər Şuşanı öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar?
Azərbaycan XİN Fərman İsmayılovun nəşinin ölkəyə gətirilməsinə görə Türkiyəyə minnətdarlıq edib
Prezident İlham Əliyev: Şuşa erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi
Prezident İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Restorandan oğurluq edən gənclər saxlanılıb (FOTO)
Rusiyada hərbi hissənin damı çökdü - Yaralılar var
Siqaretlə bağlı aksiz dərəcəsi niyə artırılır? - Komitə sədrindən AÇIQLAMA
Pandemiya gənclərin internet asılılığını artırıb - Sorğu
Qusarda karantin qaydalarını pozan kafe aşkarlanıb
Cəlilabad sakinlərindən heroin və “beşbarmaq” götürülüb
" Yəşim - Çin daşların padşahıdır": Çin mədəniyyəti üzrə dərs
Sabah rayonlarda qar gözlənilir
Dünyada hər gün 3,5 milyon nəfər peyvəndlənir
Dövlət Komitəsinin strukturunda dəyişiklik - Bir neçə sektor ləğv edildi
Gəncədə ermənilərin dağıtdığı məktəblərdə tədris necə davam edəcək?
Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi - Sərəncam
Qeyri-neft sektoru üzrə ötən il qeydə alınan vergi daxilolmaları ən yüksək göstəricidir - Nazir
Məktəblərdə dərslər iyunun 14-də başa çatacaq - Nazirlik
Britaniya şirkətləri Qarabağda yenidənqurma işlərinə qatılmaqda maraqlıdır - Səfir
“Azpetrol” şirkəti xeyriyyə tədbiri keçirib
“SOCAR Türkiyə Ar-Ge” ilə ODTÜ plastik tullantıları təkrar emal edəcək (FOTO)
Məktəblərdə bufet olmayacaq
Azərbaycanla Fransa arasında münasibətlərin inkişafı davam edəcək - Dövlət katibi
Nəticələrindən narazı qalan şagirdlər fevralda apelyasiya ilə məktəbə müraciət edə biləcəklər
Məktəblər açıdıqdan sonra 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa... - Nazirlikdən AÇIQLAMA
Bütün xəbərlər