...

Silahlı Qüvvələrin şəxsi heyətlə iş üzrə zabitlərinin xidməti müşavirəsi keçirilib (FOTO)

Siyasət Materials 21 Avqust 2015 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İlkin İzzət/

Bakı və Sumqayıt qarnizonlarında yerləşən hərbi hissələrin, qoşun növlərinin və xüsusi təyinatlı təhsil məssisələrinin şəxsi heyətlə iş üzrə zabitlərinin xidməti müşavirəsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, əvvəlcə müşavirə iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin hərbi şəhərcikdəki abidəsini ziyarət edərək qarşısına gül dəstələri qoyublar.

Müşavirəni Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev açaraq Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi ilə əlaqədar görülən işlər və şəxsi heyətlə iş üzrə zabitlərin qarşısında duran vəzifələr barədə danışıb.

Müşavirədə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi sahəsində görülən işlər, hərbi intizamın təhlili və digər məsələlər barədə çıxışlar dinlənilib.

Yekunda general-mayor R.Əliyev zabitlərin suallarını cavablandırıb, onlara Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində tapşırıq və tövsiyələrini çatdırıb.

Xidməti müşavirənin iştirakçıları şəxsi heyətlə birlikdə nahar ediblər.

Digər hərbi qarnizonlarda da xidməti müşavirələrin keçirilməsi planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti