Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Trend-in məlumatına görə, dəyişikliyə əsasən, Qanunun 32-ci maddəsində "vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada intizam, maddi, mülki, inzibati və cinayət məsuliyyəti" sözləri "şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət" sözləri ilə əvəz edilsin.