...

Səfir Akşin Mehdiyevə yeni vəzifə verildi

Siyasət Materials 5 Noyabr 2015 13:28 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında Daimi müşahidəçisi vakant vəzifəsinə xüsusi tapşırıqlar üzrə səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb.
Səfir Akşin Mehdiyevə yeni vəzifə verildi

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında daimi müşahidəçisi vakant vəzifəsinə xüsusi tapşırıqlar üzrə səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb.

XİN-dən Trend-ə verilən məlumata görə, 4 noyabr 2015-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in Baş katibi tərəfindən səfir Akşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında Daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilib.

A.Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti