...

Xocalı soyqırımı Dubayda anılıb (FOTO)

Siyasət Materials 25 Fevral 2016 15:04 (UTC +04:00)
Xocalı soyqırımı Dubayda anılıb.
Xocalı soyqırımı Dubayda anılıb (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımı Dubayda anılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, fevralın 24-də Dubay əmirliyində yerləşən 'Heriot Watt' Universitetində Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunan tədbir kecirilib. Azərbaycan Tələbə Cəmiyyəti tərəfindən təşkil olunan tədbirə Universitetin rəhbər və müəllim heyəti, xarici tələbələr qatılıb.

Öncə tədbir iştirakçılarına ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında məlumat verilib.

1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələrinin 366-cı moto-atıcı alayın dəstəyi ilə Xocalı sakinlərinə qarşı həyata keçirdiyi qətliamın insanlığa qarşı törədilən cinayət aktı olduğu vurğulanıb.

Daha sonra iştirakçılara Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı qətliamı haqqında sənədli film nümayiş etdirilib. Tədbirə qatılanlar Xocalı soyqırımı mövzusu ətrafında müzakirələr aparıb, fikirlərini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti