Moskva. Orxan Yolçuyev - Trend:
Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərif aprelin 7-də Bakıda görüşəcəklər.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, görüşdə regional əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılıb: "O cümlədən perspektivli nəqliyyat layihələrini və Xəzərdə çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək nəzərdə tutulub".
Azərbaycan, Rusiya və İran XİN rəhbərləri gələn ay Bakıda görüşəcəklər (ƏLAVƏ OLUNUB)
Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərif aprelin 7-də Bakıda görüşəcəklər.
