Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Bakı. Trend:

Mayın 30-da Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Son illərdə Bakıda tikilib istifadəyə verilən memarlıq nümunələri Azərbaycan paytaxtının inkişaf tempini göstərir, şəhərimizin abadlaşmasında və daha da gözəlləşməsində xüsusi rol oynayır. "Qara qızılı insan kapitalına çevirməliyik" məqsədini qarşıya qoyan dövlətimizin başçısı neftdən gələn gəlirlərin bir hissəsinin həm də nəhəng infrastruktur layihələrinin icrasına yönəltməklə bu gün Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bu prosesdə paytaxtın ən hündür "göydələn"i olan SOCAR-ın yeni inzibati binası xüsusilə seçilir. Bu nəhəng tikilinin təməli 2010-cu il oktyabrın 12-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, binanın layihələndirilməsi işlərinə 2007-ci ildə başlanılıb. Elan olunan müsabiqədə Fransa, İtaliya, Böyük Britaniya, Koreya Respublikası, Türkiyə və Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə Dövlət Neft Şirkətinin qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Koreya Respublikasının "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "Külək-alov" konsepsiyası daha cəlbedici hesab edilib və layihələndirmə işlərinin məhz həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb. 2010-cu ilin martında SOCAR-ın yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib. Dünyanın 8 nüfuzlu tikinti şirkətinin iştirak etdiyi tenderdə Türkiyənin "TEKFEN İnşaat" şirkəti qalib gəlib. Təxminən beş il ərzində aparılan tikinti işləri nəticəsində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib.

Binanın birinci mərtəbəsində xalqımızın ümummilli lideri, Azərbaycanın yeni neft strategiyasının banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən fotoguşə yaradılıb, Ulu Öndərin barelyefi vurulub.

Qeyd olundu ki, SOCAR-ın yeni inzibati binası müasir beynəlxalq standartlara tam cavab verir və burada yüksək təhlükəsizlik tədbirləri görülüb. Binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir. Hündürlüyü 200 metr olan binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla ümumilikdə 5 hektar sahəni əhatə edir. Paytaxtda müasir memarlıq üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən binanın 34-37-ci mərtəbələri rəhbərliyin ofisləri, 18-33-cü mərtəbələr baş ofisin idarə və şöbələri, 3-16-cı mərtəbələr isə şirkətin struktur bölmələrinin ofisləri kimi fəaliyyət göstərəcək. Binanın konstruksiyası dəmir-beton özək divarlı və polad quruluşlu kompozit sistemə əsaslanıb. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olan binanın layihəsi Kanadada xüsusi beynəlxalq laboratoriyada virtual şəraitdə sınaqdan keçirilib və saatda 190 kilometr külək sürətinə hesablanıb.

Bildirildi ki, yeni inzibati binada üç konfrans zalı var. Buradakı 233, 110 və 22 yerlik konfrans zallarında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Konfrans zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyev binanın tikintisini əks etdirən videogörüntülərə baxdı.

Binada hər cür avadanlıqla təchiz olunan iki fitnes mərkəzi də qurulub. Yeni binanın 450 nəfərlik yeməkxanasında, həmçinin 130 nəfər üçün nəzərdə tutulan kafeteriyasında da hər cür şərait yaradılıb. Binanın podyum hissəsində əməkdaşların istifadəsi üçün zəngin ədəbiyyatla təmin edilən kitabxana da var.

Diqqətə çatdırıldı ki, binanın yeraltı hissəsində 1045, ərazisində isə 240 avtomobil yerlik dayanacaqlar yaradılıb. Külək-tunel testinə uyğun olaraq, əsmə amplidudasının məhdudlaşdırılması məqsədilə bina damper sistemi ilə təchiz olunub. Fasadın təmizlənməsi və digər xidmətlər binanın üstündə yerləşən teleskopik səbətli kran vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, bina qoşa kabinəli liftlər və avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunub.

Bina ilə tanışlıqdan xatirə şəkli çəkdirildi.

Bu gün dünyada Azərbaycan brendi kimi çıxış edən SOCAR artıq uzun illərdir ölkəmizin yanacaq-enerji təhlükəsizliyini, neft-qaz və neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqları təmin etməyi, qabaqcıl və ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə edərək ölkənin elmi-texniki, iqtisadi və intellektual potensialının artırılmasına dəstək olmağı, regional və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmağı, karbohidrogen ehtiyatlarının və emal məhsullarının daxili və xarici bazarlarda satışından maksimum mənfəət əldə etməyi qarşısına məqsəd qoyub və bu məqsədlərə də çatıb. 1994-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük səyləri sayəsində imzalanan "Əsrin müqaviləsi" ilə başlanan yeni neft strategiyası Azərbaycanın sürətli inkişafında mühüm rol oynayıb. Hazırda 7 nəql marşrutuna malik olan ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rolu ilə diqqət çəkir. Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərindən sonra Prezident İlham Əliyevin güclü dəstəyi ilə TANAP və TAP qaz kəmərlərinin, bütövlükdə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasında aparıcı qüvvə kimi çıxış edir.

İndi Bakı sürətli inkişafı ilə dünyada mötəbər beynəlxalq tədbirlərin keçirildiyi, uğurlu iqtisadi və enerji layihələrinin icra olunduğu mühüm mərkəz funksiyasını şərəflə yerinə yetirir. Bu gün enerji resurslarımız dövlət müstəqilliyimizin dayaqlarının daha da möhkəmlənməsində mühüm rol oynayır, xalqımızın rifahına və xoşbəxt gələcəyinə xidmət edir. Zəngin və şərəfli keçmişi olan Azərbaycan neftinin gətirdiyi uğurlar sayəsində ölkəmizin regionlarının və paytaxtımızın abadlaşdırılması istiqamətində görülən tədbirlərin geniş vüsət alması da bu amaldan qaynaqlanır. Bu isə özlüyündə Bakının müasir simasının yaradılması ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi konsepsiyanın uğurla reallaşdığını təsdiqləyir. SOCAR-ın yeni inzibati binası da bu istiqamətdə atılan addımlardan biridir.

Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib (FOTO)
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
Loading Bars
Xəbər lenti
Kəlbəcərin sonsuz gözəlliyi (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz Azərbaycan xalqına dayaqsınız
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib (FOTO)
İranın sabiq vitse-prezidenti həbs edildi
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı
İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
Yerevanda növbəti etiraz aksiyası başlayıb
Polşada fermerlər traktorlarla yolu bağladı
AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı
Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlara əsaslanan tutarlı cavab verib
Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər - Rusiya KİV
İranda koronavirusdan ölənlərin sayı 50 min nəfəri keçdi
"Napoli"nin stadionuna Maradonanın adı verilib
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb (VİDEO)
Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb (FOTO)
Alban-udin xristian provaslav icmasının sədr müavini Xudavəng monastırına vaiz təyin olunub
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO)
Gəncədə dezinfeksiya aparılıb (FOTO)
6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır (FOTO)
Mənzildən naməlum meyit tapılıb
İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib (FOTO)
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı
Azərbaycan nefti bahalaşır
Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz (FOTO/VİDEO)
Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı - Tarixçi
Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrına təyin olunan vaiz
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
Gələn ilin bayram günləri müəyyənləşib
Könüllülər üçün xüsusi təklif!
İnsanlar qaydalara ciddi riayət etməsə, bizi daha çətin vəziyyət gözləyir - Deputat
Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi
Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi
DİN-nin şəhid baş leytenantı Kamran Kazımov (FOTO)
Zərdabda yaşayış yerini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Bakıda 25 yaşlı COVİD 19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Bərdədə evi tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlandı
Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi (VİDEO)
Xudavəng monastırının dini varisləri geri qayıtdı - Monastıra vaiz təyin olundu (VİDEO)
İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı
Bu il Azərbaycana idxal edilən əsas məhsulların siyahısı açıqlanıb
Moskvada koronavirusdan peyvəndləmə başlayıb
“Lexus” hasara çırpılaraq yandı
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb
Bizim üçün qorxu deyilən şey yox idi, ölümdən belə qorxmurduq - Qarabağ qazisi
ABŞ "TikTok"un amerikan seqmentinin son satış tarixini uzatmamağa qərar verdi
Limandakı partlayışdan sonra Beyrutun bərpası 2,5 milyard dollara başa gələcək
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı
Aİ və Britaniya Brexit mövzusunda razılığa gələ bilmədilər
Avstriyanın sabiq maliyyə naziri korrupsiyaya görə 8 il həbs cəzasına məhkum edildi
ABŞ hərbçiləri Somalini tərk edir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Estoniya prezidenti özünü təcrid edir
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi
Bütün xəbərlər