...

MSK sədri: Seçkilər baş tutmuş hesab edilə bilər

Siyasət Materials 19 İyun 2016 02:30 (UTC +04:00)
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər baş tutmuş hesab edilə bilər.
MSK sədri: Seçkilər baş tutmuş hesab edilə bilər

Bakı. Elçin Mehdiyev – Trend:

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər baş tutmuş hesab edilə bilər. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, seçkiləri 740-dan artıq yerli və beynəlxalq müşahidəçi izləyib. M.Pənahov seçkilərlə bağlı hər hansı şikayətin daxil olmadığını bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri də seçkinin şəffaf keçirildiyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti