...

YAP imzaları MSK-ya təqdim etdi

Siyasət Materials 12 Avqust 2016 16:00 (UTC +04:00)
2016-cı il sentyabr ayının 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını uğurla başa çatdırıb.
YAP imzaları MSK-ya təqdim etdi

Bakı. Elçin Mehdiyev - Trend:

2016-cı il sentyabr ayının 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını uğurla başa çatdırıb.

YAP-dan Trend-ə verilən məlumata görə, 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən artıq seçici imzası toplanılıb.

“Yeni Azərbaycan” təşəbbüs qrupu referendum üzrə eyni adlı təşviqat qrupunun qeydə alınması üçün tələb olunan seçici imzalarını Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57, 65, 66 və 68-ci maddələrinın tələblərinə və MSK tərəfindən qəbul edilmiş təlimata müvafiq olaraq, tələb edilən sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti