Bakı. Maksum Tsurkov, Elmira Tariverdiyeva - Trend:
Konstitusiyaya dəyişikliklərin daxil edilməsi məqsədi ilə keçirilmiş referendumun nəticələri Azərbaycanda uzunmüddətli strateji yol xəritəsi olmalıdır. Bunu Trend-ə açıqlamasında Fransa parlamentinin senatoru, Fransa-Qafqaz Dostluq qrupunun sədri Andre Rişar deyib.
Onun sözlərinə görə, Konstitusiya islahatları ən yaxın illər ərzində bütün qoyulmuş hədəflərə nail olmaq üçün irəliyə getməyə icazə verəcək.
A.Rişar bildirib ki, bu Konstitusiya dəyişiklikləri Azərbaycan Prezidentinin artıq reallaşdırdığı və ya reallaşdırmağa çalışdığı bütün islahatlarla birbaşa bağlıdır.