...

Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri ilə görüşüb

Siyasət Materials 29 Sentyabr 2016 17:50 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri Patrisiya Ximenezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri Patrisiya Ximenezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Argentina arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əzmlərini ifadə ediblər.

P.Ximenez Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma dəvət olunduğu üçün təmsil etdiyi qurum adından təşəkkürünü bildirib. O, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi üçün ideal məkan olduğunu vurğulayıb.

Nazir E.Məmmədyarov müasir aktual problemlərin birgə səylərlə həll olunması, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu elmi-siyasi platforma kimi Bakı Humanitar Forumunun əhəmiyyəti haqda danışaraq, forumda daha çox müraciət olunan müxtəlif sivilizasiyalar, mədəniyyətlət və dini konfessiyalar arasında dinc birgə yaşama, multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsi kimi məsələlərdə Azərbaycanın dünyaya nümunə olduğunu qeyd edib.

Görüşdə həmçinin dini zəmində baş verən münaqişələr, terrorizmə qarşı mübarizə kimi məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti