...

Venesuela Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Siyasət Materials 22 Oktyabr 2016 10:14 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro oktyabrın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Venesuela Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro oktyabrın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti