...

Bu ölkə Azərbaycanda səfirlik açmaq niyyətindədir

Siyasət Materials 1 Dekabr 2016 16:12 (UTC +04:00)
Daxil olmuş notada həmin ölkənin Bakı şəhərində olmaqla Azərbaycan Respublikasında səfirlik açmaq niyyəti ifadə olunub.
Bu ölkə Azərbaycanda səfirlik açmaq niyyətindədir

Bakı. Trend:

Peru Azərbaycanda səfirlik açmaq niyyətindədir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Perunun Xarici İşlər Nazirliyindən daxil olmuş notada həmin ölkənin siyasi-diplomatik, iqtisadi-ticarət, investisiya, mədəni və bir çox digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə yaxın zamanlarda iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycan Respublikasında səfirlik açmaq niyyəti ifadə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi Peru Respublikasının bu qərarını alqışlayır və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verəcəyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti