Bakı. Səba Ağayeva - Trend:
Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Trend-in məlumatına görə bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, Çavuşoğlu Dağlıq Qarabağ məsələsini bir neçə gün Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı da müzakirə edib.
E.Məmmədyarov isə deyib ki, gələn həftə ATƏT-in xarici işlər nazirləri şurasının iclası keçiriləcək və Bakıya bir çox məsələlərdə Türkiyənin mövqeyi maraqlıdır.
Bundan başqa, E.Məmmədyarov Azərbaycanın 2017-ci ildə Əfqanıstan üzrə İstanbul prosesində sədrliyini qəbul etmək niyyətini açıqlayacağını deyib.