...

İlham Əliyev İndoneziya Prezidentinə başsağlığı verib

Siyasət Materials 7 Dekabr 2016 16:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı verib.
İlham Əliyev İndoneziya Prezidentinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı verib.

Başsağlığında deyilir: "İndoneziyanın Açex vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti