...

Prezident İlham Əliyev Davosda Norveçin xarici işlər naziri ilə görüşüb (YENİLƏNİB)

Siyasət Materials 17 Yanvar 2017 11:21 (UTC +04:00)
Prezident İlham Əliyev Davosda Norveçin xarici işlər naziri ilə görüşüb.
Prezident İlham Əliyev Davosda Norveçin xarici işlər naziri ilə görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Norveçin bir sıra şirkətləri, xüsusilə "Statoil" şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti