...

Millət vəkili: Erməni hakimiyyəti bu cür təxribatlarla nüfuzunu bərpa etməyə çalışır

Siyasət Materials 28 Fevral 2017 17:52 (UTC +04:00)
Ermənistanın cəbhə xəttində təxribat törətməsi birinci dəfə deyil.
Millət vəkili: Erməni hakimiyyəti bu cür təxribatlarla nüfuzunu bərpa etməyə çalışır

Bakı. Samir Əli - Trend:

Ermənistanın cəbhə xəttində təxribat törətməsi birinci dəfə deyil.

Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib. Millət vəkili bildirib ki, erməni tərəfi mütəmadi olaraq təmas xəttində təxribat törətməklə danışıqlar prosesini pozmağa çalışır:

"Onların məqsədi münaqişənin sülh yolu ilə həllinə maneçilik törətməkdir. Bu hərəkətləri ilə onlar beynəlxalq hüquq normalarını pozur. Lakin, bu gün Azərbaycanın çox güclü ordusu var, onların təxribatlarının qarşısı bütün hallarda alınıb və alınır. Bu gün Azərbaycan Ordusu nəinki təxribatların qarşısını almağa, hətta genişmiqyaslı döyüş əməliyyatlarına hazırdır. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmrini gözləyir".

R.Əliyev bildirib ki, Ermənistanda hakimiyyətdə olan rejim gün-gündən siyasi iflasa uğrayır və Ermənistanda nüfuzunu itirir. Hakimiyyət indi həmin nüfuzunu bu cür təxribatlarla bərpa etməyə çalışır, amma onlar buna nail ola bilməyəcəklər.

Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti