...

Qazaxıstan prezidenti apreldə Azərbaycana gələcək

Siyasət Materials 7 Mart 2017 16:33 (UTC +04:00)
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin aprel ayında Bakıya səfəri gözlənilir.
Qazaxıstan prezidenti apreldə Azərbaycana gələcək

Bakı. Trend:

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin aprel ayında Bakıya səfəri gözlənilir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Diplomatiya Akademiyasında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin böyük perspektivləri var.

Nazir qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında energetika sahəsində bir sıra hökumətlərarası sazişlər mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti