...

"Forbes": Yeni "İpək yolu"nun gücü və potensialı universallığındadır

Siyasət Materials 18 Aprel 2017 12:32 (UTC +04:00)
Marşrutun cənub dəhlizinin vacib halqası Bakı-Tbilisi-Qars dəmir yoludur
"Forbes": Yeni "İpək yolu"nun gücü və potensialı universallığındadır

Trend-i buradan izləyin

Bakı. Elmira Tariverdiyeva - Trend:

Yeni “İpək yolu” layihəsinin gücü və potensialı onun universallığındadır.

Trend-in məlumatına görə bu, Veyd Şepardın nüfuzlu “Forbes” jurnalında dərc olunan məqaləsində yer alıb.

Müəllif qeyd edir ki, bu layihə Çin və Avropa arasındakı yenilənmiş nəqliyyat marşrutlarının və yeni ticarət qovşaqlarının şəbəkəsidir. Bu şəbəkə effektivlik, təhlükəsizlik və sağlam rəqabəti təmin edəcək, çünki bu bir marşrut yox, bir-biri ilə bağlı bir neçə Transavrasiya dəhlizlərinin birləşməsidir.

Məqalədə qeyd olunur ki, Avrasiya vahid bazara doğru irəliləyir. Bu bazar dünya əhalsinin 65 faizini, enerji resurslarının 75 faizini və ÜDM-in 40 faizini əhatə edir, dəmir yolu marşrutları isə bütün bunları birləşdirən sistemdir.

Müxtəlif iri təşəbbüslər, o cümlədən ötən həftə Çinə yola düşmüş ilk Britaniya yük qatarı, üç iri Avropa şirkəti və Qazaxıstanın birgə yaratdığı “Silk Way Logistics” şirkəti onu göstərir ki, Çinə dəmir yolu ilə giriş Qərb şirkətləri üçün getdikcə daha cəlbedici görünür.

Məqalədə xüsusilə qeyd olunub ki, marşrutun cənub dəhlizinin vacib halqası - Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu dəmir yolu tezliklə Azərbaycan və Türkiyəni birbaşa əlaqələndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti