...

Bakıda “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının açılış mərasimi olacaq

Siyasət Materials 31 İyul 2017 11:23 (UTC +04:00)
"Beynəlxalq Ordu Oyunları - 2017" çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi avqustun 1-də saat 18.30-da Bakı Dənizkənarı Bulvarında (Saat qülləsinin qarşısında) başlanacaq.
Bakıda “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının açılış mərasimi olacaq

Bakı. Trend

"Beynəlxalq Ordu Oyunları - 2017" çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi avqustun 1-də saat 18.30-da Bakı Dənizkənarı Bulvarında (Saat qülləsinin qarşısında) başlanacaq.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, açılış mərasimində ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də, müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti