"Dəniz kuboku - 2017" müsabiqəsinin yeni yarış həftəsi başlayıb (FOTO)

Siyasət Xəbər 7 Avqust 2017 12:41 (UTC +04:00)

Bakı. Trend:

“Dəniz kuboku - 2017” müsabiqəsinin yeni yarış həftəsi başlayıb.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, “Dəniz kuboku - 2017” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri avqustun 7-də müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodu, növbəti gün isə “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu yerinə yetirəcəklər.

Növbəti mərhələdə isə hərbi dənizçilər dəniz hazırlığı üzrə yarışlarda iştirak edəcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti