...

Azərbaycan və İsrail Müdafiə nazirlərinin görüşü olub (FOTO)

Siyasət Materials 11 Sentyabr 2017 20:13 (UTC +04:00)
Tel-Əvivdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin Müdafiə naziri Aviqdor Liberman arasında görüş keçirilib.
Azərbaycan və İsrail Müdafiə nazirlərinin görüşü olub (FOTO)

Bakı. Trend:

Tel-Əvivdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin Müdafiə naziri Aviqdor Liberman arasında görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, protokola uyğun olaraq İsrail Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü baş tutub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti