...

“Baku Network” Ekspert şurası regionda siyasi vəziyyətə həsr olunmuş müzakirələr keçirib (VİDEO)

Siyasət Materials 12 Sentyabr 2017 16:45 (UTC +04:00)
“Baku Network” Ekspert şurası regionda siyasi vəziyyətə həsr olunmuş müzakirələr keçirib.
“Baku Network” Ekspert şurası regionda siyasi vəziyyətə həsr olunmuş müzakirələr keçirib (VİDEO)

Bakı. Trend:

“Baku Network” Ekspert şurası regionda siyasi vəziyyətə həsr olunmuş müzakirələr keçirib.

Trend-in məlumatına görə, müzakirələrdə “Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov, Milli Məclisin deputatları Elman Nəsirov və Hikmət Məmmədov, “Strategiya.az” saytının baş redaktoru İbrahim Əliyev və siyasi şərhçi Azər Həsrət iştirak edib.

Deputat Elman Nəsirov qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir: “Antiazərbaycan qüvvələr hələ də sadə bir həqiqəti başa düşmür ki, Azərbaycan dövləti heç kimin diqtəsi olmadan müstəqil siyasət yürüdür. Azərbaycanın yürütdüyü siyasət dövlətin və xalqın maraqlarına əsaslanır”.

“Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov qeyd edib ki, Azərbaycanın müstəqil siyasəti həmişə antiazərbaycan qüvvələrin hədəfi olub, onlar ölkəyə öz iradələrini qəbul etdirməyə çalışıb.

Deputat Hikmət Məmmədov hesab edir ki, dünyada ikili standartlar siyasətini öz üzərində ən çox hiss edən Azərbaycan olub.

“Strategiya.az” saytının baş redaktoru İbrahim Əliyev öz növbəsində bildirib ki, indi dünyada böyük dövlətlər arasında üstünlük uğrunda mübarizə gedir və heç bir dövlət Azərbaycan kimi müstəqil və güclü dövlətin olması ilə barışmaq istəmir.

Siyasi şərhçi Azər Həsrət isə deyib ki, bu gün Qərbdə elə qüvvələr var ki, Azərbaycanın stabil və güclü dövlət olmasına və heç nəyə baxmayaraq inkişaf etməsinə qısqanclıqla yanaşır.

http://bakunetwork.com

Əlaqə üçün Facebook, TwitterYoutube

Məqalədə:
Xəbər lenti

Xəbər lenti