...

Azərbaycan Prezidenti İlham Əliyev meksikalı həmkarına başsağlığı verib

Siyasət Materials 20 Sentyabr 2017 17:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nyetoya başsağlığı verib.
Azərbaycan Prezidenti İlham Əliyev meksikalı həmkarına başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nyetoya başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti