...

Azərbaycan və Vanuatu arasında birgə kommunike imzalanıb (FOTO)

Siyasət Materials 23 Sentyabr 2017 12:43 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Vanuatunun Xarici Əlaqələr, Beynəlxalq Əməkdaşlıq və Xarici Ticarət naziri Bruno Leingkone ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçib.

Görüş zamanı Azərbaycan və Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb. Bruno Leingkone Azərbaycanın Vanuatu ilə sözügedən kommünikeni imzalayan 104-cü ölkə olduğunu qeyd edib.

Daha sonra iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunulub.

Görüşdə tərəflər arasında BMT Baş Məclisinin 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti