...

İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

Siyasət Materials 31 Oktyabr 2017 18:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib.
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti