...

Deputat: Prezident İlham Əliyevin NATO toplantısında iştirakı Azərbaycana böyük etimadın göstəricisidir

Siyasət Materials 24 Noyabr 2017 10:49
Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması və ölkəmizə olan böyük etimadın göstəricisidir.
Deputat: Prezident İlham Əliyevin NATO toplantısında iştirakı Azərbaycana böyük etimadın göstəricisidir

Trend-i buradan izləyin

Bakı. ElçinMehdiyev – Trend:

Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması və ölkəmizə olan böyük etimadın göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

C.Osmanov qeyd edib ki, Azərbaycan indiyə kimi öz müstəqil siyasəti və dünyada sülhün və sabitliyin təmin olunmasına verdiyi mühüm töhfə ilə etibarlı tərəfdaş olduğunu sübuta yetirib: “Əlbəttə ki, NATO ilə əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Azərbaycan uzun illərdir NATO-nun Əfqanıstanda həyata keçirdiyi sülhməramlı missiyada yaxından iştirak edir, bu missiya çərçivəsində Əfqanıstana yüklərin daşınması üçün ölkənin hava məkanından istifadə edilməsinə şərait yaradıb. Eyni zamanda, Azərbaycanın NATO-nun Kosovadakı sülhməramlı missiyasında fəal iştirak etdiyini də göstərmək olar. Qeyd edə bilərik ki, Azərbaycan NATO-nun sülhməramlı missiyalarına təşkilata üzv olan ölkələrdən daha böyük dəstək göstərib”.

O vurğulayıb ki, Azərbaycan həm iqtisadiyyatı, həm ordusu, həm də digər parametlər üzrə Cənubi Qafqazın ən qüdrətli ölkəsidir: “NATO Azərbaycanla əməkdaşlığa böyük önəm verir”.

Deputat əlavə edib ki, Azərbaycan çox önəmli layihələr gerçəkləşdirir: “Bu yaxınlarda işə salınan Bakı-Tbilisi-Qars dəmir yol xətti bütün dünya üçün əhəmiyyətlidir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə daha da artacaq. Azərbaycan bu nailiyyətlərə Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyətli mövqeyi və siyasi iradəsi nəticəsində nail olub”.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti