...

Əli Əhmədov məşğulluğun artırılmasından danışdı

Siyasət Materials 30 Noyabr 2017 11:45 (UTC +04:00)
Azərbaycanda məşğulluğun artırılması baxımından hökumət tərəfindən ciddi işlər görülür və bu, öz müsbət nəticəsini verib.
Əli Əhmədov məşğulluğun artırılmasından danışdı

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda məşğulluğun artırılması baxımından hökumət tərəfindən ciddi işlər görülür və bu, öz müsbət nəticəsini verib.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, İlham Əliyev 2003-cü ildə Prezident seçilən zaman öz platformasında 600 min yeni iş yerinin yaradılması ilə bağlı layihə irəli sürmüşdü: “Bu məqsəd uğurla həyata keçirildi, işsizlik səviyyəsi əhəmiyyətli şəkild aşağı düşdü. Azərbaycanda 2003-cü ildən indiyə qədər 1.9 milyon yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması istqamətində çox möhtəşəm layihə həyata keçirilib”.

Ə.Əhmədov qeyd edib ki, işsizliyin aşağı salınması insanların rifahının yaxşılaşmasına səbəb olub, Azərbaycanda yoxsulluq səviyyəsi 10 dəfə azalaraq 4-5 faizə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti