...

Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 7 Dekabr 2017 14:26 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ölkələrin Silahlı Qüvvələri arasında və NATO proqramları çərçivəsində əlaqələrin inkişafı, eləcə də İtaliyanın silah və hərbi texnika istehsal edən müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti