...

Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi və strukturu təsdiq edilib (YENİLƏNİB)

Siyasət Materials 19 Dekabr 2017 20:12 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi və strukturu təsdiq edilib (YENİLƏNİB)

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanla “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi və strukturu təsdiq edilib.

Nazirlər Kabinetinə tapşırılır ki, Agentliyin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində həll etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Agentliyə tapşırılır ki, dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etsin; dövlət qeydiyyatına alındığı gündən etibarən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat versin; işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində təsdiq etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturu:

- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Aparatı;
- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təsərrüfat cəmiyyətləri;
- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr);
- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin filial və nümayəndəlikləri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti