...

Müdafiə Nazirliyi: Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə gözlərinə Azərbaycan əsgəri görünür

Siyasət Materials 25 Yanvar 2018 11:19 (UTC +04:00)
Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumatlar əsassızdır.
Müdafiə Nazirliyi: Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə gözlərinə Azərbaycan əsgəri görünür

Bakı. Samir Əli - Trend:

Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumatlar əsassızdır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur:

"Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar".

Nazirlikdən bildirilib ki, ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti