...

AŞ PA həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır

Siyasət Materials 8 Fevral 2018 14:50 (UTC +04:00)
Hal hazırda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır
AŞ PA həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır

Bakı. Nigar Quliyeva - Trend:

Hazırda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfəri planlaşdırılmır.

Bu barədə məlumatı Trend-ə AŞ PA-nın mətbuat xidmətindən veriblər.

Qeyd edək ki, bir neçə gün əvvəl AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak "Twitter" səhifəsində gözlənilən səfər barədə məlumat vermişdi.

S.Şennak qeyd etmişdi: “Novruz yaxınlaşır, həmçinin seçkilər və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tarixi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti