...

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri 20 Yanvar faciəsi və Xocalı qətliamı ilə bağlı bəyanatlar verib

Siyasət Materials 28 Fevral 2018 02:58 (UTC +04:00)
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri 20 Yanvar faciəsi və Xocalı qətliamı ilə bağlı bəyanatlar verib

Bakı. Trend:

Cari ilin 26 fevral tarixində, ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri, Pensilvaniya ştatını təmsil edən konqresmenBill Şuster (respublikaçı)və Tennesi ştatından olan konqresmen Stiv Kohen (demokrat)tərəfindən20 Yanvar faciəsinin 28-ci və Xocalı qətliamının 26-cı ildönümüilə bağlı ayrı-ayrılıqda bəyanatlarla çıxış edib.

Azərbaycanın ABŞ-daki səfirliyindən Trend-ə verilən məlumata görə, konqresmen Bill Şuster bəyanatındaABŞ-ın Azərbaycan kimi müttəfiqinin tarixində baş vermiş iki faciənin ildönümünə diqqət çəkmişdir. Konqresmen Şuster 1990-cı ilin 20 yanvar tarixində kommunizm əleyhinə qiyamın susdurulması məqsədilə ağır silahlı sovet hərbi birləşmələri tərəfindən Bakıya hücum edildiyini bildirilib. Çoxlu insan itkiləri nəticəsində “Qara Yanvar” adlanan bu gündə 26000 əsgərin xüsusilə qadın, uşaq, xəstəxanalar və təcili yardım maşınları olmaqla, mülki əhali kütləsinə qarşı atəş açdığı konqresmen tərəfindən vurğulanıb.Bunun nəticəsində, 131 insanın həyatını itirdiyi, 600 nəfərin yaralandığı, 841 nəfərin saxlanılaraq əzab-əziyyət verildiyi və naməlum sayda insanın itkin düşdüyü bildirilib. Qeyd edilənlərin Azərbaycanın müstəqillik hərəkatına təsir etmədiyi və 2 ildən az bir müddətdə ölkəmizin müstəqillik qazandığı konqresmen Şusterin çıxışında qeyd edilib.

Bundan əlavə, iyirmi altı il əvvəl fevral ayının 26-da Xocalı şəhərində bir neçə min etnik azərbaycanlı əhalinin Dağlıq-Qarabağ regionuna ərazi iddiaları çərçivəsində erməni silahlı qüvvələri tərəfindən blokadaya alındığı və qadın, uşaq, yaşlı əhali daxil olmaqla yüzlərlə günahsız vətəndaşın qəddarcasına qətlə yetirildiyi və əsir düşdüyü konqresmen Şusterin bəyanatında ifadə olunub.Xocalı faciəsinin davam edən münaqişə zamanı həyata keçirilmiş ən böyük qətliam olduğu konqresmen tərəfindən vurğulanıb.

11 Sentyabr hücumlarından sonra ABŞ-a dəstək verən ilk ölkə olan Azərbaycana dəstək və başsağlığı verməyin əhəmiyyətli olduğu konqresmen Şuster tərəfindən diqqətə çatdırılıb.

Cari ilin 26 fevral tarixində ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun digər həmsədri qismində bəyanat verən Konqresmen Stiv Kohentərəfindən Azərbaycanda artan milli istiqlal hərəkatını boğmaq məqsədilə1990-cı ilin 20 yanvar tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə fövqəladə vəziyyət elan olunduğu və Sovet ordusunun Azərbaycanın paytaxtı Bakı şəhərinə yeridildiyi, dinc əhaliyə qarşı fərq qoymadan atəş açıldığı, tibb müəssisələri daxil olmaqla mühüm infrastrukturun dağıdıldığı ifadə olunub.

Həmin gün, 130-dan çox insanın qətlə yetirildiyi, 700-dən çox insanın yaralandığı, 841 nəfərin həbs olunduğu və 5 nəfərin itkin düşdüyü konqresmen Kohen tərəfindən bildirilib. Konqresmen Human Rights Watch təşkilatının faciə ilə bağlı hesabatına istinadən, Sovet ordusu tərəfindən yanvar ayının 19-dan 20-nə keçən gevə törədilmiş zorakılığı kollektiv cəza üsulu və SSRİ-yə daxil olan digər respublikalardakı müstəqillik hərəkatları üçün xəbərdarlıq kimi qiymətləndirilib.

Konqresmen Kohen daha sonra, 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə erməni silahlı qüvvələrinin hücum etdiyini, 106 qadın və 83 uşaq daxil olmaqla, 600-dən çox silahsız insanın vəhşicəsinə öldürüldüyünü qeyd edib. Yüzdən çox insanın qəddar əzablardan sonra əlil qaldığı, yüzdən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyi, ən azı 8 ailənin tamamilə məhv edildiyi konqresmen tərəfindən xüsusi vurğulanıb.

Sonda konqresmen bütün bunlara baxmayaraq, Azərbaycanınqüvvətli iqtisadiyyatı olan müstəqil dövlət kimi formalaşdığını və ABŞ-ın güclü müttəfiqinə çevrildiyini diqqətə çatdırmışdır. Konqresmen öz bəyanatında, ABŞ-la Azərbaycan arasında əməkdaşlığa misal olaraq kütləvi qırğın silahlarının yayılmaması, Kosovo, İraq və Əfqanıstanda ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət edən silahlı qüvvələrin təmin edilməsi, Əfqanıstandakı qüvvələrin təchizatı üçün Azərbaycandan tranzit məqsədilə istifadə olunması, Xəzər dənizindən İtaliyaya Cənub Qaz Dəhlizinin inşası vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin olunması, eləcə də İsrailin neft istehlakının təxminən 40%-nin təchiz olunması kimi məsələlərə diqqət çəkib. Azərbaycandayəhudi icmasının əmin amanlıq şəraitində yaşadığı və ABŞ müttəfiqi İsraillə Azərbaycanın müttəfiq olduğu konqresmen Kohen tərəfindən bildirilib.

Sondakonqresmen Kohen Azərbaycanın azad bazar iqtisadiyyatı və demokratiya istiqamətində verdiyi qurbanların nəzərə alınmasının, habelə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin irəlilədilməsinin önəmli olduğunu vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti