...

Deputat: Qoşulmama Hərəkatının nazirlər konfransı Bakının dünyanın diplomatik mərkəzlərindən biri kimi tanınmasının göstəricisidir

Siyasət Materials 7 Aprel 2018 11:05 (UTC +04:00)
Qoşulmama Hərəkatının 5-6 aprel 2018-ci ildə Bakıda keçirilmiş nazirlər konfransı artıq Azərbaycan paytaxtının dünyanın diplomatik mərkəzlərindən biri kimi tanınmasının göstəricisidir.
Deputat: Qoşulmama Hərəkatının nazirlər konfransı Bakının dünyanın diplomatik mərkəzlərindən biri kimi tanınmasının göstəricisidir

Bakı. Elçin Mehdiyev - Trend:

Qoşulmama Hərəkatının 5-6 aprel 2018-ci ildə Bakıda keçirilmiş nazirlər konfransı artıq Azərbaycan paytaxtının dünyanın diplomatik mərkəzlərindən biri kimi tanınmasının göstəricisidir.

Bunu Trend-ə millət vəkili Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına az bir vaxtda üzv olmasına baxmayaraq, qurumda özünü aktiv təqdim edib və hərəkata üzv ölkələrin ümumi maraqlarına uyğun yaradıcı addımları ilə tanınıb.

A.Mirzəzadə deyib ki, bu konfrasın Bakıda keçirilməsi Hərəkata üzv ölkələrin Azərbaycana etimad göstərməsinin nümunəsidir.

Millət vəkili vurğulayıb ki, konfransın yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə münasibət bildirilməsi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin yerinə yetirilməsinin vacibliyi bir daha Azərbaycanın haqq işinin dünya tərəfindən qəbul edildiyini göstərir:

"Həmçinin Qoşulmama Hərəkatının bir neçə vacib tədbirinin Azərbaycanda keçirilməsinin qərara alınması rəsmi Bakının növbəti diplomatik uğuru kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, Azərbaycan növbəti dəfə sivil, demokratik, beynəlxalq hüquq normalarına uyğun hərəkət edən ölkə olduğunu bir daha sübut etdi".

Qeyd edək ki, aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilib.

Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak ediblər.

Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti