...

Misir parlamentində Azərbaycan ilə dostluq qrupu yaradılıb (FOTO)

Siyasət Materials 16 Aprel 2018 12:26 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayev Misir parlamentinin baş katibi Əhməd Səid Əd-Din ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələr, o cümlədən, parlamentlərarası münasibətlər müzakirə olunub. Cari ilin fevral ayında 11 illik aradan sonra Misirdə yüksək səviyyədə keçirilən hökumətlərarası müştərək komissiyanın iclası, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Qahirə şəhərinə səfəri və prezident Əbdül Fəttah Əs-Sisi, baş nazir Şərif İsmayıl ilə məzmunlu və səmərəli görüşləri yüksək qiymətləndirilib.

Baş katib Əhməd Səid Əd-Din Misir parlamentinin sədri Əli Abdel Aal tərəfindən imzalanmış parlamentin Misir-Azərbaycan Dostluq Qrupunun yaradılması haqqında qərarını səfir Tural Rzayevə təqdim edib. Dostluq qrupunun sədri Muhaməd Həsən Əl-Əbd seçilib. Komissiyanin tərkibi 10 deputatdan ibarətdir. Komissiya üzvləri arasında ölkə başçısının din məsələləri üzrə müşaviri, keçmiş mədəniyyət naziri, parlamentdə ilk xristian-kopt qadın millət vəkili, ölkənin tanınmış siyasi-ictimai xadimləri yer alıblar.

Misir parlamentində dostluq qrupu post- sovyet məkanında ilk dəfə Azərbaycan ilə yaradılır və umumiyyətlə Misir parlamentində yalnız 15-ə yaxın ölkə ilə dostluq qrupu fəalliyət göstərir.

Görüşdə səfir Tural Rzayevə Misir parlamentinin xüsusi diplomu təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti