...

Avstraliyanın ştat parlamentinin sədri 28 May - Respublika Günü münasibətilə təbrik ünvanlayıb

Siyasət Materials 27 May 2018 08:15 (UTC +04:00)
Avstraliya İttifaqının Viktoriya ştatı parlamentinin qanunverici şurasının sədri Brüs Atkinson 28 May - Respublika Günü münasibətilə Azərbaycanın Avstraliyadakı səfirliyinə təbrik məktubu ünvanlayıb.
Avstraliyanın ştat parlamentinin sədri 28 May - Respublika Günü münasibətilə təbrik ünvanlayıb

Bakı. Trend:

Avstraliya İttifaqının Viktoriya ştatı parlamentinin qanunverici şurasının sədri Brüs Atkinson 28 May - Respublika Günü münasibətilə Azərbaycanın Avstraliyadakı səfirliyinə təbrik məktubu ünvanlayıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məktubda Brüs Atkinson Viktoriya ştatının parlamenti və sakinləri adından Azərbaycan hökuməti və xalqını, eləcə də Viktoriya ştatında yaşayan soydaşlarımızı bayram münasibətilə təbrik edib.

Brüs Atkinson Azərbaycan icmasının anlayış, hörmət və etimadın yaradılması ilə Viktoriya ştatının mədəniyyətinin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətini təqdir edərək, həmvətənlərimizin Viktoriyanın ahəngdar və multikultural cəmiyyətə çevrilməsinə töhfə verdiyini yüksək qiymətləndirib. O, Azərbaycan və Viktoriya ştatı arasında dostluğun bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, paytaxtı Melburn şəhəri olan Viktoriya ştatında çoxlu sayda soydaşlarımız yaşayır. Melburnda “Viktoriya-Azərbaycan Mədəniyyət Asossiasiyası” adlı diaspor təşkilatı, eləcə də “Azərbaycan Evi” fəaliyyət göstərir. Viktoriyada yaşayan Azərbaycan icması ölkəmizin Avstraliyada tanıdılmasına, o cümlədən tariximizin, mədəniyyətimizin və incəsənətimizin bu ölkədə təbliğ edilməsinə töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti