...

Türkiyənin baş ombudsmanı: Əminik, Qarabağ işğaldan azad ediləcək, azərbaycanlılar doğma yurdlarına qayıdacaq

Siyasət Materials 20 İyun 2018 12:24 (UTC +04:00)
"Əminik ki, Qarabağ işğaldan azad ediləcək və azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar".
Türkiyənin baş ombudsmanı: Əminik, Qarabağ işğaldan azad ediləcək, azərbaycanlılar doğma yurdlarına qayıdacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

"Əminik ki, Qarabağ işğaldan azad ediləcək və azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar".

Trend-in məlumatına görə, bunu Türkiyənin baş ombudsmanı Şərəf Malkoç "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Ş.Malkoç qeyd edib ki, bu gün 65 milyondan çox insan öz evindən didərgin düşüb. Bunların müxtəlif səbəbləri olsa da, başlıca səbəb müharibə və münaqişələrdir.

Baş ombudsman bildirib ki, Türkiyədə hazırda 3,5 milyon nəfər Suriya qaçqını yaşayır: "Çox şükür ki, Türkiyə xalqı Suriya qaçqınlarını özündən ayırmadı. Bu qaçqın insanlar pulsuz müayinə olunurlar. Bu qaçqınların 1 milyondan çoxu Türkiyə xəstəxanalarında pulsuz əməliyyat olunub".

Ş.Malkoç əlavə edib ki, indiyədək Türkiyə dövlətinin Suriya qaçqınlarına xərclədiyi vəsait 30 milyard dollar civarında olub.

Onun sözlərinə görə, bu gün yüz minlərlə suriyalı Türkiyə vətəndaşı kimi kiçik sahibkarlıqla məşğul olur.

Türkiyə və Azərbaycanın qardaş və bir-birinə sıx bağlı ölkə olduğunu deyən baş ombudsman vurğulayıb ki, bu bağlılıq bundan sonra da davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti