...

Azərbaycan və Aİ arasında yeni saziş üzrə növbəti danışıqların vaxtı açıqlandı

Siyasət Materials 22 Sentyabr 2018 13:35 (UTC +04:00)

Naxçıvan. Ləman Zeynalova - Trend:

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti raundu oktyabrın 2-3-də Brüsseldə keçiriləcək.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O qeyd edib ki, danışıqlar zamanı siyasi sahədə razılaşmalar müzakirə olunacaq.

Azərbaycanı danışıqlarda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti