Bakı. Ləman Zeynalova - Trend:
Avropa İttifaqı (Aİ) və Azərbaycan 2019-cu ilin mayınadək tərəfdaşlıq sazişinin layihəsini razılaşdırmağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
K.Yankauskas bildirib ki, dekabrın əvvəlində sazişin siyasi və ticari tərkiblərinin müzakirəsi keçirilib: “Bu müzakirələrdən sonra xüsusən sənədin ticarət tərkibi ilə bağlı böyük irəliləyiş əldə olunub”.
Aİ rəsmisi qeyd edib ki, bu ayın sonunadək ticarət məsələləri ilə bağlı videokonfrans formatında yeni danışıqların keçirilməsi planlaşdırılır.
O əlavə edib ki, yeni saziş üzrə danışıqların növbəti mərhələsi 2019-cu il yanvarın sonunda Brüsseldə keçiriləcək.