...

Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

Siyasət Materials 14 Fevral 2019 13:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlıq münasibətləri, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına sülh və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti