...

Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər

Siyasət Materials 19 Fevral 2019 13:14 (UTC +04:00)
Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər

Bakı. Elçin Mehdiyev - Trend:

Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev bildirib ki, həmin şəxslər sosial şəbəkələrdə təhqirlər səsləndirirlər: “Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, bir azərbaycanlı digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin”.

O qeyd edib ki, ölkə başçısının fəaliyyəti nəticəsində hər il yüz minlərlə iş yerləri yaradılır: "Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti