Bakı. Elnur Bağışov - Trend:
İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani sabah Bakıya gəlir.
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, iranlı nazir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalisinin sosial müdafiəsi naziri Sahil Babayev və iş adamları ilə görüşəcək.
Səfər çərçivəsində Hacıqabul sənaye məhəlləsində Azərbaycan və İranın avtobusqayırma və yedək hissələrin birgə istehsalı üzrə layihənin təməli qoyulacaq.
Nazirin səfəri zamanı Azərbaycanda İran Ticarət Mərkəzinin açılışı gözlənilir.
Səfər zamanı Azərbaycan və İran arasında ikitərəfli iqtisadi və enerji layihələri, Şimal-Cənub Dəhlizi, Rəşt-Astara dəmiryol layihəsi, sərgi əməkdaşlığı, əməkdaşlıq memorandumlarının imzalanması haqda müzakirələr aparılacaq.