...

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

Siyasət Materials 10 İyun 2019 12:14 (UTC +04:00)
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Qazaxıstan münasibətləri xalqlarımızın ortaq tarixi, milli-mənəvi köklərindən qaynaqlanır. İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti