...

Prezident İlham Əliyev: Azərbaycanda sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uyğundur(FOTO) (YENİLƏNİB)

Siyasət Materials 1 Oktyabr 2019 13:40 (UTC +04:00)
Oktyabrın 1-də Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib.
Prezident İlham Əliyev: Azərbaycanda sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uyğundur(FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Oktyabrın 1-də Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Dövlətimizin başçısının tapşırığı ilə salınan yeni parkda sakinlərin və turistlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Müasir üslubda, orijinal dizaynda qurulan bu cür istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha bir neçə ünvan əlavə olundu. Belə layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır və yüksək keyfiyyətlə yerinə yetirilir. Bütün bunlar isə sosial layihə olmaqla yanaşı, həm də ümumilikdə, ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti