...

Prezident İlham Əliyev: Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir

Siyasət Materials 16 Oktyabr 2019 21:56 (UTC +04:00)
Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir
Prezident İlham Əliyev: Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir

Bakı. Trend:

Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib:

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqının, pensiyaların qaldırılması, özünəməşğulluq proqramının geniş vüsət alması, - bu il on mindən çox insan bu proqramla əhatə olunacaq, - ünvanlı sosial yardımı alanların sayı artır və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin qarşısında mən vəzifə qoydum ki, biz bu kateqoriyadan olan insanlara daha geniş həcmdə yardım göstərək. İndi orta hesabla 200 manatdan çox hər bir ailə alır. O, ailələrin sayı artmalıdır. Belə vəzifə qoyulub. Əlbəttə ki, əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir.

Bütövlükdə Azərbaycanda islahatlar iqtisadi sahədə uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə apardığım çoxsaylı görüşlər deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti