...

Azərbaycanda yeni medallar təsis edilir

Siyasət Materials 22 Oktyabr 2019 14:12 (UTC +04:00)
Azərbaycanda yeni medallar təsis edilir. Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Azərbaycanda yeni medallar təsis edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yeni medallar təsis edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

İclasda əvvəlcə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununa dəyişiklik üçüncü oxunuşda müzakirə edilib.

Daha sonra Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının qanununa dəyişiklik edilməsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Hər iki dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti