Prezident İlham Əliyev: Bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır

Bakı. Trend:

Bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edərkən deyib.

Dövlət başçısı bildirib: "Mən sizi və bütün sumqayıtlıları, eyni zamanda, bütün Azərbaycan xalqını Sumqayıtın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar, yeni qələbələr arzulayıram.

Bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir. Əldə edilmiş bütün nailiyyətlər münasibətilə sumqayıtlıları təbrik edirəm.

Sumqayıtın qədim tarixi var. Ancaq şəhər kimi Sumqayıt 70 il bundan əvvəl formalaşdı. 1949-cu il noyabrın 22-də Nazirlər Sovetinin qərarı ilə Sumqayıt şəhəri yaradılmış və Sumqayıtın sürətli inkişafı başlamışdır. Sumqayıt sənaye şəhəri kimi formalaşdı, kimyaçılar şəhəri kimi inkişaf etdi. Sumqayıtda bir çox sənaye müəssisələri, yeni iş yerləri yaradılmışdır. Azərbaycanın müxtəlif bölgələrindən Sumqayıta kadrlar gəlməyə başlamışdır. Eyni zamanda, Sovet İttifaqının digər respublikalarından gələnlər Sumqayıtda işlə təmin olunmuşdular.

Ancaq əfsuslar olsun ki, şəhərin yaranmasının birinci mərhələsini əhatə edən dövr ərzində Sumqayıtda ekoloji tarazlığa fikir verilməmişdir, ekoloji tarazlıq pozulmuşdur. Sumqayıt o illərdə Sovet İttifaqında ekoloji cəhətdən ən qeyri-təmiz şəhər kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, bu, insanların sağlamlığına zərər vururdu, ekoloji tarazlıq pozulmuşdur. Ancaq 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra ekoloji vəziyyətə diqqət yetirməyə başlamışdır. Mən bilirəm ki, Heydər Əliyev Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün mərkəzi orqanlara dəfələrlə müraciət etmişdir, müvafiq tədbirlər görülmüşdür, təmizləyici qurğular quraşdırılmışdır və 1970-ci illərdə şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılmışdır, ancaq standartlara hələ də tam cavab vermirdi. Ancaq bu gün biz görürük ki, Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərdir, havası təmizdir, təbiəti çox gözəldir. Əminəm ki, bu istiqamətdə bundan sonra da atılacaq addımlar Sumqayıtı daha da gözəlləşdirəcək".

Prezident İlham Əliyev qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf edib:

"1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır. O vaxtkı respublika rəhbərliyi öz məsuliyyətini tam dərk etmirdi, proseslərə nəzarət etmirdi və bunun nəticəsində Azərbaycanda inkişaf demək olar ki, getmirdi, durğunluq dövrü başlamışdı. Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü.

1985-ci ildə Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdı, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən Sumqayıtda. Ulu öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi. Bildirməliyəm ki, Sovet İttifaqının süquta uğramasının bir neçə səbəbi var. Onların ən başlıcası odur ki, iqtisadi münasibətlər düzgün qurulmamışdı, planlı iqtisadiyyat özünü doğrultmamışdı. Sovet İttifaqının inkişafı 1980-ci illərdə daha çox neft amilinə söykənirdi və neftin qiyməti dünya bazarlarında kəskin düşəndən sonra gəlirlər də azaldı və bu gəlirləri başqa sahələrdən əldə edilən mənfəət hesabına formalaşdırmaq mümkün olmadı. Ona görə əlbəttə ki, iqtisadi amil birinci rol oynayırdı, eyni zamanda, 1985-ci ildən sonra Sovet İttifaqında milli siyasət sahəsində çox kobud səhvlər buraxılmışdır. Sovet İttifaqını böyük, çoxmillətli ölkə kimi ayaqda saxlayan, o cümlədən milli siyasət idi. Müttəfiq respublikalarda yerli milli kadrların qabağa çəkilməsi adi təcrübə idi. 1985-ci ildən sonra bu sahəyə böyük zərbə vuruldu. Biz yaxşı xatırlayırıq ki, o vaxt xüsusilə müsəlman respublikalarına münasibət çox mənfi idi. Müsəlman respublikalarının rəhbərlərinə qarşı qarayaxma kampaniyaları aparılırdı. Ümumittifaq mətbuatında bu respublikalar haqqında ancaq mənfi materiallar dərc edilirdi. Bu respublikalara mərkəzdən istintaq qrupları göndərilmişdi və elə bir rəy yaradılmışdı ki, Orta Asiya respublikalarında və Azərbaycanda vəziyyət bərbaddır, vəziyyət kritik həddə çatıb və o respublikaları idarə edənlər vəzifə borcunu yerinə yetirə bilmirlər. Əlbəttə ki, hər bir respublikada pozuntular da, nöqsanlar da olmuşdur, ancaq digər respublikalarda da bunlar var idi. Nə üçün bu istintaq qrupları Ermənistana, Gürcüstana, Ukraynaya, Moldovaya və digər respublikalara göndərilmirdi? Ancaq Orta Asiya respublikalarına və Azərbaycana göndərilirdi. Beləliklə, Sovet İttifaqının təməl sütunu olan milli siyasət artıq deformasiyaya uğramışdır.

Eyni zamanda, separatçılara imkan yaradıldı ki, onlar nəinki öz cəfəng fikirlərini səsləndirsinlər, həm də ictimai rəyə təsir etsinlər. O vaxt biz yaxşı xatırlayırıq ki, erməni millətçiləri, o cümlədən cəllad Balayan, Kaputikyan və digərləri azərbaycanlılara qarşı açıq-aydın etnik ayrı-seçkilik toxumları səpirdilər. Ümumittifaq mətbuatında bu barədə açıq söhbət gedirdi və ümumiyyətlə, Azərbaycana qarşı ədalətsiz münasibət göstərilirdi. Bütün bunlar 1987-ci ildən sonra baş vermişdir. Çünki 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçildi. O dövrü təhlil edərkən bir daha görürük ki, bütün bu hadisələr erməni millətçilərinin və onların havadarlarının məkrli planının bir hissəsi idi. Baxın, 1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar. Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni, plan onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Beləliklə, iğtişaş törətmək, hansı ki Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi".

Dövlət başçısı deyib ki, Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi:

"Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi.

Ondan sonra bizi yeni, çox ağır sınaq və faciə gözləyirdi – Yanvar faciəsi. Hansı ki, yenə də Qorbaçov öz xalqına qarşı böyük cinayət törədərək dinc əhalini qırdırdı. Yüzdən çox günahsız insan həlak oldu. Azərbaycan xalqının qanı axıdıldı. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Heç bir rəhbər işçi bu qanlı cinayəti qınamadı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim, - öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi.

O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, bir gün Sovet İttifaqı dağılacaq. Yəni, bu addımı atarkən Heydər Əliyev təcrübəli rəhbər kimi bilirdi ki, ona qarşı çox böyük təzyiqlər olacaq və nəinki təzyiqlər, onun hətta həyatı təhlükə altına düşə bilər. Belə də oldu. Sonrakı tarix bunu bir daha göstərdi, onun həbs edilməsi haqqında qərar verildi. Bakıya gəlməli idi, həmin gün onun yaxın tərəfdarı qətlə yetirildi. Ondan sonra onun səfəri təxirə salındı. Sonra Bakıya gəldi. O vaxtkı rəhbərlik ona burada da yaşamağa imkan vermədi, Naxçıvana üz tutdu. Beləliklə, Azərbaycanın yeni dövrü başladı.

Bu gün, noyabrın 21-i Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması günüdür. Çünki o vaxt özünü demokrat adlandıran, hakimiyyəti qanunsuz yollarla zəbt etmiş satqın AXC-Müsavat hakimiyyəti imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Vətənpərvər insanlar, Heydər Əliyevi dəstəkləyən insanlar, ziyalılar Naxçıvana gedib soyuq, işıqsız şəraitdə, - hər on dəqiqədən bir işıqlar kəsilirdi, - Yeni Azərbaycan Partiyasını təsis etdilər. Artıq Azərbaycanın yeni dövrü başlamışdır. Məhz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi ucaltdı və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı ki, onlar da eyni addımı atsınlar. Onlara hələ bir neçə ay lazım oldu və artıq görəndə ki, Sovet İttifaqı çökür, ondan sonra bunu etdilər.

Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın.

Bunu deyəndə, əlbəttə ki, mən, ilk növbədə, AXC-Müsavat dövrünü qeyd edirəm. 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir. Çünki qardaş qanı axıdılır. Ona da getdilər ki, öz laxlamış hakimiyyətlərini qoruya bilsinlər. Görəndə ki, qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Yalvarırdılar, mən bunun şahidiyəm. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. O vaxt belə cəfəng ifadələr işlədilirdi. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi.

Başqa cür ola da bilməzdi. Çünki baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, - bağışlayın sözümə görə, - belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi. Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin. Bax, bu Baş nazir idi. Parlamentin sədri, - o da elmi işçi idi. On bir il aspiranturada oxumuşdu. Təsəvvür edin, on bir il. Dissertasiyanı müdafiə edə bilməmişdi. Rəhmətlik akademik Ziya Bünyadovun onun haqqında dediklərini mən təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bunu özümə rəva bilmirəm. Uğursuz aspirant, biliksiz, savadsız adam parlamentin sədri oldu. Ondan nə gözləmək olardı? Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə".

Azərbaycan Prezidenti vurğulayıb ki, indi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir:

"Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır.

Nazirlərə fikir verin, kimlər idi? Müdafiə naziri riyaziyyat müəllimi, savadsızın biri, demaqoq, küçə adamı. Nə ilə yadda qaldı? Şuşanı ermənilərə satdı. O, Şuşanı birinci tərk etdi. Özü demişdi ki, - o kadrlar var, tarix hər şeyi saxlayır, arxivlər var, - Şuşa əldən getsə, başıma güllə vuracağam. Yenə də meydanlarda sülənir, özünü elə aparır ki, guya heç kim bilmir, bunun keçmişi nədir. Bax, belə bir adam Müdafiə naziri ola bilərdimi? Belə bir adam bizim ərazi bütövlüyümüzü qoruya bilərdimi? Mən hələ onun biznes tərəfini demirəm. Burada yığdıqları pulları Moskvaya daşıyırdı. Orada özü üçün böyük biznes qurmuşdu. Lazım olarsa, bu barədə də məlumat veriləcək. Mən 2004-cü ildə onu əfv etdim. Çünki əsaslı olaraq ömürlük cəzaya məhkum edilmişdi. Şuşanı satana qarşı gərək o cəza veriləydi. Bax, ona görə bizim torpaqlarımız işğal altına düşmüşdür. Mən humanistlik göstərdim, onu əfv etdim.

Ondan sonra Daxili işlər naziri, nə ilə seçilirdi? Vəzifə sahibi kimi gedib canlı efirdə jurnalisti döymüşdü. Sən bir adi adam kimi əgər kiməsə qarşı nəsə eləsəydin, tutaq ki, sənə toxunublar, mən deyərdim ki, ola bilər, ləyaqətinə toxunub, emosiyalarını cilovlaya bilmir. Vəzifə sahibi ola-ola mühafizəçilərlə gəlib, jurnalisti döyüb və bununla da fərəhlənirdi. Sən gedib doğma rayonunu müdafiə edərdin. Doğulduğun Kəlbəcər əldən gedəndə, işğal altına düşəndə sən nazir idin. Qaçmısan, siçan kimi gizlənməyə deşik axtarmısan. O vaxt Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki, qorxusundan bilmirdi hara getsin. Oraya desant da getmədi. Ümumiyyətlə, o vaxt orada çevriliş cəhdi olmuşdu. İndi yenə meydanda sülənir, elə bilir ki, hamının yadından çıxıb.

Baş prokuror Gəncədə girov götürülmüşdü, Prezidentə həbs əmri vermişdi. Bu da Baş prokuror. Xarici İşlər naziri. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində nə dediyini heç kim başa düşmürdü. Bax, budur xalq cəbhəsi, müsavat hakimiyyəti. Ona görə biz bu faciəvi vəziyyətlə üzləşmişdik. Əgər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan dağılacaqdı. Bunların da hərəsi qaçıb bir yerdə gizlənəcəkdilər, necə ki qaçıb gizlənmişdilər. Beləliklə, bizim müstəqilliyimiz XX əsrin əvvəllərində olduğu kimi yenə də yarımçıq qalacaqdı.

Heydər Əliyevin hakimiyyətə gəlməsi, əlbəttə ki, tarixi hadisədir. Bu gün biz onun yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır. Ulu Öndərin Sumqayıt şəhərinə də həmişə çox isti münasibəti olmuşdur. Həm sovet vaxtında, həm də müstəqillik dövründə dəfələrlə Sumqayıtda olmuşdur. Mən də bu siyasəti davam etdirirəm. Mənim Sumqayıta bugünkü səfərim 15 il ərzində sayca 24-cü səfərdir. Yəni, bu, özlüyündə göstərir ki, Sumqayıta daim diqqət, qayğı göstərilir.

Əlbəttə ki, Sumqayıtın problemlərinin həlli istiqamətində böyük işlər görülüb. İlk növbədə, infrastruktur müasirləşdirilməli idi. Bu məqsədlə hələ 2005-ci ildə 525 meqavat gücündə elektrik stansiyası istifadəyə verildi, böyük vəsait xərcləndi. Qazlaşdırmanın səviyyəsi 100 faizə çatıbdır. İçməli su problemi həllini tapıbdır. Şəhərdaxili yollar yenidən tikilir, abadlaşdırılır, təmir olunur. Bakı-Sumqayıt yolu tikildi. İndi göstəriş vermişəm ki, yol genişləndirilsin. Çünki artan nəqliyyat sıxlıq, tıxac yaradır. Biz bunu da həll edəcəyik. Bakı-Sumqayıt qatarı artıq fəaliyyət göstərir. Özü də dünyanın ən qabaqcıl şirkətinin istehsalı olan ikimərtəbəli, çox rahat “Stadler” vaqonlarıdır. Verilmiş kredit hesabına şəhər nəqliyyatı üçün müasir avtobuslar gətirildi. Yəni, bütün bu işlər planlı şəkildə həyata keçirilir.

Şəhərin kommunal təsərrüfatı yenilənir. Lift təsərrüfatının təqribən 80 faizi yenilənib. Sumqayıtda 1300-dən çox hündürmərtəbəli binanın təxminən mininin artıq dam örtüyü vurulubdur və qalan binaların da dam örtükləri vurulacaq.

“ASAN xidmət” mərkəzi yaradılmışdır. İndi göstəriş vermişəm ki, ikinci “ASAN xidmət” yaradılsın. Çünki tələbat artır və bəzən növbələr yaranır. Biz buna imkan verə bilmərik.

Sosial infrastruktur yenilənir. Məcburi köçkünlər üçün yeni şəhərciklər, evlər tikilir. Bu il 1800 ailə artıq yerləşibdir. Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək. Köçkünlər üçün Sumqayıtda evlərin tikintisi bundan sonra da təmin ediləcək ki, yəni, evsiz-eşiksiz, pis vəziyyətdə yataqxanalarda, bağçalarda və s. yerlərdə yaşayan köçkünlər yaxşı evlərə köçürülsünlər. Biz bunu da edəcəyik.

Məktəb tikintisi gedir. 1 saylı xəstəxana mənim göstərişimlə artıq 5-6 ildir ki, təmirdən çıxıb. İndi 2 saylı xəstəxananın təmiri və əslində yenidən tikilməsi üçün vəsait ayrıldı. Biz bunu da edəcəyik.

Sumqayıt, əlbəttə, sənaye şəhəri kimi inkişaf edir. Ancaq bugünkü sənaye bugünkü çağırışlara cavab verir. Köhnədən qalan sənaye müəssisələrinin demək olar ki, hamısı artıq fəaliyyətini dayandırıb. O ərazidə - yüz hektarla ölçülən ərazilərdə sənaye parkları yaradılıb - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Texnologiyalar Parkında 10, Sumqayıt Kimya Sənaye Parkında isə 13 zavod fəaliyyət göstərir və əlavə 7 zavod yəqin ki, gələn il fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Onların arasında dövlət xətti ilə tikilmiş “SOCAR Polymer”, karbamid və digər zavodlar var. Özəl sektor da çox böyük maraq göstərir. Ona görə Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıt müəssisələrində ildə təqribən 2 milyard manatlığa yaxın məhsul istehsal olunur. Ona görə Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək.

Parklar abadlaşır, yeni parklar, bağlar salınır. Əlbəttə ki, onların arasında Sumqayıt bulvarını xüsusilə qeyd etmək istərdim. Mən bu bulvarın açılışı ilə əlaqədar keçirilmiş tədbirdə demişəm və bir daha demək istəyirəm ki, bu, möcüzədir, cəmi 11 ay ərzində 5,2 kilometr uzunluğunda və 150 hektarı əhatə edən gözəl bulvar salınmışdır. Sumqayıt bulvarının salınması mənim çoxdankı arzum idi. Mən əvvəlki dövrlərdə də dəfələrlə şəhər rəhbərliyinə belə göstəriş vermişdim. Ancaq Zakir Fərəcovu mən vəzifəyə təyin edəndən sonra bu məsələ də həll olundu. Çox şadam ki, bu gün Sumqayıt bulvarı vətəndaşlar üçün yeni, gözəl bir istirahət zonasıdır. Orada ictimai obyektlər var, indi orada Muğam Mərkəzi yaradılıb, digər ictimai obyektlər şəhərə yeni gözəllik verir. Onsuz da Sumqayıtın kifayət qədər istirahət zonaları vardır. Parkların hamısı abadlaşdırılıb. Amma bulvar, əlbəttə ki, ayrı bir məsələdir. Uzunluğu əvvəlki Bakı bulvarından təxminən 2 dəfə böyükdür. Çünki əvvəlki ənənəvi Bakı bulvarının uzunluğu 3 kilometr idi, indi 16 kilometrdir. Əlbəttə, mən demək istəmirəm ki, burada da 16 kilometr uzunluğunda bulvar tikilsin. Amma hər halda əgər imkan olacaqsa, biz gələcəkdə bulvarı genişləndirməliyik.

Yəni, bütün sahələr üzrə inkişaf var, inkişaf gedir. Bu Dram Teatrının, “Kimyaçı” sarayının binalarının əsaslı təmiri də bunun təzahürüdür. Bu Dram Teatrında Ulu Öndər Sumqayıtın yubileyini qeyd etmişdir. Yəni, bu teatrın böyük tarixi vardır. Bu gün burada bizim görüşməyimiz həm rəmzi xarakter daşıyır, həm də təbiidir. Bu, tarixi həqiqəti təsdiqləyir. Bu binada Ulu Öndərin ruhu var. O, Sumqayıtı gözəl, müasir, havası təmiz, insanlar üçün rahat şəhər kimi görmək istəyirdi. O siyasi vəsiyyətində demişdi, bir çox işlər görülüb, amma görə bilmədiyimiz işləri bizim davamçılarımız görəcəkdir. Şadam ki, belə də oldu".

Əziz dostlar, bu bayram münasibətilə sizi bir daha təbrik edirəm, yeni uğurlar, qələbələr arzulayıram. Sağ olun".

“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb
“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu hamiləlikdə qaraciyər xəstəlikləri mövzusunda müsahibə verib
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu hamiləlikdə qaraciyər xəstəlikləri mövzusunda müsahibə verib
Kapital Bank ev tikintisi üçün ipoteka krediti təklif edir
Kapital Bank ev tikintisi üçün ipoteka krediti təklif edir
Loading Bars
Xəbər lenti
Azərbaycan XİN Milli Gün münasibətilə Hindistanı təbrik edib
Azərbaycanda nar bağlarının sığortası başlayıb
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BSU-da imtahan sessiyasının monitorinqini keçiriblər (FOTO)
Binə qəsəbəsində evlərdən və mebel sexindən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Müdafiə nazirinin İrana rəsmi səfəri davam edir (FOTO)
Azərbaycanda dini qurumların qeydiyyata alınması qaydası dəyişir
İran hər zaman Azərbaycanın yanında olacaq - İranın Baş Qərargah rəisi
"Smart Qarabagh" hakatonuna sən də qoşul və ideyalarını 10 min dollar mükafatı uğrunda sına
Rusiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak üçün 14 müraciət edib - Səfir
Bakıda batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək
Gəncənin sabiq icra başçısını güllələyən şəxs ittihamlarla razılaşmır
"Tarix fakültəsinin tanınmış məzunları ilə görüş"ün ilk qonağı deputat Naqif Həmzəyev olub (FOTO)
Azərbaycanda nəzirləri kartla və onlayn vermək mümkün olacaq
Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətləri əlindən alına bilər
Rusiya ilə Azərbaycan arasında aviadaşımaların sayı artıb - Boçarnikov
Moskva Prezident İlham Əliyevin üçtərəfli işçi qrupu ilə bağlı yanaşmasını bölüşür – Boçarnikov
Sabah Bakıda sulu qar yağacaq, külək əsəcək
“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb
Rusiyadan Azərbaycana yeni biznes missiyalar planlaşdırılır
Orqan transplantasiyası icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
Sumqayıtda məktəbliyə siqaret satan şəxs cərimələnib (FOTO/VİDEO)
Rusiya səfiri "Lukoyl"un Azərbaycandakı işini qiymətləndirib
Nikol Paşinyan yenə koronavirusa yoluxub
Tikinti biznesinə dair ictimai müzakirələr təşkil olunub (FOTO)
Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşləri münasibətlərin normallaşmasına xidmət edəcək - Səfir
Rusiya səfiri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının mümkünlüyünü şərh edib
Azərbaycan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulmasına birinci dərəcəli diqqət yetirir - Azərbaycanın BMT-dəki nümayəndəsi
"3+3" formatı üzv ölkələrin ticari-iqtisadi əməkdaşlığını genişləndirməyə imkan verəcək - Boçarnikov (FOTO)
Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı
Xudatda soyğunçuluq edən şəxslər saxlanılıblar
ADU əməkdaşının Vətən müharibəsi ilə bağlı kitabı çap olunub
Rusiya Azərbaycanın regionda vəziyyətin normallaşması ilə bağlı mövqeyini yüksək qiymətləndirir - Səfir
TİKA Azərbaycanda “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərə başlayıb
Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 20-ci iclası keçiriləcək
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu hamiləlikdə qaraciyər xəstəlikləri mövzusunda müsahibə verib
Rusiyanın Azərbaycanda investisiyalarının həcmi 4 milyard dolları ötüb - Səfir
Ruhi-əsəb xəstəsi DSMF-nin şöbəsini yandırmaq istədi
Oksigen terapiyası dərini cavanlaşdıracaq və qırışları hamarlaşdıracaq
Xudatda narkotik satan şəxslərə qarşı əməliyyat keçirilib
Hökməli qəsəbəsində "patı" satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Könül Nurullayeva AŞPA-nın plenar sessiyasında təkliflər irəli sürüb
Sahibkarlara məhsullarını “Azərpoçt”da satmaq təklif olunur
Bakıda sərxoş kişi özünü dənizə atdı
Abşeronda dayı bacısı oğlunu güllələdi
“3+3” formatı təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir - Rauf Əliyev
Avrora Qrup ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açlışını edib (FOTO)
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Azərbaycan irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb - Baş katib
Bu il VII Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək (ÖZƏL)
Bakının mərkəzi küçəsində işıqforlarda yaranan problem aradan qaldırılıb
Azərbaycanda pambığın alış qiyməti növbəti dəfə artırıldı
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür (FOTO)
Azərbaycan nefti iki dollardan çox bahalaşıb
Sürətli fiber-optik bağlantıya qoşulan təhsil müəssisələrinin sayı artır (FOTO)
"Netflix"in işində nasazlıqlar yaranıb
Azərbaycanda ən çox pambıq yığımı olan rayonlar açıqlanıb
Üç il əvvəl baş vermiş oğurluğun üstü açılıb
Gürcüstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində (FOTO)
Xarici diplomlar hansı hallarda tanınmır?
Kapital Bank ev tikintisi üçün ipoteka krediti təklif edir
Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib
Dünyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Ötən gün 90-dan artıq toyda monitorinq keçirilib
Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb
Ramin Bayramlı yeni vəzifəyə təyin olunub? - AÇIQLAMA
Xarici valyutaların manata qarşı məzənnələri
ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollarlıq silah satışını təsdiqləyib
Məşhur MMC-nin ofisindəki seyfi yarmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Parisin Lagazetteaz.fr onlayn qəzeti yenilənmiş interfeysini təqdim edib (FOTO)
Türkiyədə ötən sutka koronavirusa 75 mindən artıq yoluxma qeydə alınıb
Konqo Demokratik Respublikasında güclü zəlzələ olub
Peru hökumətinin sədri koronavirusa yoluxub
Fransa prezidenti Putinə zəng etmək niyyətində olduğunu açıqlayıb
ABŞ strateji ehtiyatından 7 şirkətə 13,4 milyon barel neft verəcək
İtaliyada sutkalıq koronavirusa yoluxma hallarının sayı təxminən 2,5 dəfə artıb
Türkiyədə zəlzələ baş verib
"Parisien": Fransadakı yəhudilərin əksəriyyəti antisemitizmdən şikayətlənir
Pakistanda ilk dəfə qadın Ali Məhkəmənin üzvü olub
Fransada ötən gün koronavirusa 500 mindən artıq yoluxma qeydə alınıb
İsrail prezidenti BƏƏ-yə səfər edəcək
Dünyada koronavirusa yoluxanların sayı 350 milyonu keçib
İstanbul hava limanının bağlı qalacağı müddət uzadılıb
Koronavirusa yoluxma hallarında artım davam edə bilər - Vaksin olunmaq əsas çıxış yoludur
Bakıda Hindistanın Milli Turizm Günü qeyd olunub (FOTO)
Elton Con koronavirusa yoluxub
Hazırda Azərbaycan-İran əməkdaşlığı daha dinamik və genişlənən xətt üzrə gedir - TƏHLİL
"Ana" tropik fırtınası Afrikanın cənub-şərqində 46 nəfərin ölümünə səbəb olub
İran sanksiyalar ləğv edildikdən sonra ABŞ-la birbaşa danışıqlara hazırdır - Rəisi
Saatlıda telefon satışı mağazasında yanğın olub
Türkiyədə "Pfizer" preparatından sonra "buster" doza olaraq "Turkovac" peyvəndi vurulacaq
Türkiyə Baş Qərargah rəisi və SACEUR komandanı NATO proseslərini müzakirə ediblər
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub
Qubada ikimərtəbəli ev yanıb
Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb (FOTO)
Yaponiyada pilotsuz konteyner gəmisi iki liman arasında səfəri uğurla başa vurub
İspaniyada saxta "COVID pasportu" satan şəxslər saxlanılıb
İctimai nəqliyyatda karantin qaydalarını pozan 20-dən çox şəxs cərimələnib (FOTO)
Gömrük Sərnişin Məlumat Mərkəzinin açılış mərasimi keçirilib (FOTO)
Bütün xəbərlər