...

Məzahir Pənahov: Sosial şəbəkələrlə bağlı dəfələrlə namizədlərə müraciət etmişik

Siyasət Materials 23 Yanvar 2020 17:10 (UTC +04:00)
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində namizədlərə sosial şəbəkələrlə bağlı dəfələrlə müraciət etmişik.
Məzahir Pənahov: Sosial şəbəkələrlə bağlı dəfələrlə namizədlərə müraciət etmişik

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində namizədlərə sosial şəbəkələrlə bağlı dəfələrlə müraciət etmişik.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədlər sosial şəbəkələrdə təşviqat zamanı Seçki Məcəlləsinin tələbinə uyğun hərəkət etməlidir: “Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun davransınlar və onlara əməl edilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti