...

Deputatlığa namizəd Azər Badamov Qusarın Həzrə, Kirig, Ləcət və Yuxarı Zeyxur kəndlərində seçicilərlə görüşüb (FOTO)

Siyasət Materials 30 Yanvar 2020 16:38 (UTC +04:00)
51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamov təbliğat-təşviqat kampaniyası çərçivəsində Qusar rayonun Həzrə, Kirig, Ləcət və Yuxarı Zeyxur kəndlərində seçicilərlə görüşüb.
Deputatlığa namizəd Azər Badamov Qusarın Həzrə, Kirig, Ləcət və Yuxarı Zeyxur kəndlərində seçicilərlə görüşüb (FOTO)

Bakı. Trend:

51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamov təbliğat-təşviqat kampaniyası çərçivəsində Qusar rayonun Həzrə, Kirig, Ləcət və Yuxarı Zeyxur kəndlərində seçicilərlə görüşüb.

Trend-in məlumatına görə, görüşləri YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açıb, seçicilərə Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verib.

O,həmçinin Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsinnən deputatlığa namizədi Azər Badamovun fəaliyyəti barədə danışaraq seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Azər Badamova səs verməyə çağırıb.

Görüşdə deputatlığa namizəd Azər Badamov geniş nitqlə çıxış edərək Milli Məclisin deputatı olduğu dövrdə özünün fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib.

Görüşlərdə çıxış edən kənd sakinləri İncixanım Məmmədxanova, Natiq Novruzov, Nofel Qədimov, Suliddin Əlimuradov, Salman Qayibov, Saleh Bağışov, Mahmud Ağacanov və Dostəli Ələskərov Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Azər Badamova yekdilliklə səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti